ADU-da fəaliyyət göstərən Bakı Amerika Mərkəzində “Maker space” otağı açılıb

ADU-da fəaliyyət göstərən Bakı Amerika Mərkəzində “Maker space” otağı açılıb
23:18 4 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 4 dekabr, AZƏRTAC 
Dekabrın 4-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Bakı Amerika Mərkəzində “Maker space” (elmi-texniki emalatxana) otağının açılışını edib.
Otağın açılışında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və ADU-nun rektor əvəzi, professor Dünyamin Yunusov iştirak ediblər.
Məlumat verilib ki, bu otaq texnologiya, avadanlıq istehsalı və elmi imkanların təmin edilməsini həyata keçirən laboratoriyadır. Şagirdlər, elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə təhsil alan tələbələr bu laboratoriyadan yararlana biləcəklər.
Bildirilib ki, “Maker space”in əməkdaşları hər həftə 3D printer və skanerlərin istifadəsi, modelləşdirmə, robotların qurulması və “3D doodler” qələmindən istifadəyə dair seminarlar təşkil edəcəklər. Laboratoriya tərəfindən həyata keçirilən bütün fəaliyyət ödənişsizdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADU_da_fealiyyet_gosteren_Baki_Amerika_Merkezinde_Maker_space_otagi_achilib-908471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR