Gözəlləşmək istəyənlər üçün yeni üsul

Gözəlləşmək istəyənlər üçün yeni üsul
23:57 4 Dekabr 2015
76 Sosial
Ölkə mətbuatı
A- A+

Ekspertlər indi də gözətrafı qara halqaları permanent üsulu ilə aradan qaldırmağı təklif edirlər. Onların fikrincə, bu kosmetik müdaxilə ilə ustalar əsl möcüzələr yaradacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu effekti yaratmaq məqsədilə hazırlanan maddələr xüsusi aparatla dərinin altına yeridilir. Həmin aparat korrektor fırçasına bənzəyir. Ancaq fırçanın tükləri əvəzinə içərisində boya olan iynələr yerləşdirilir. İynələr göz ətrafı dəriyə bir neçə qat yeridilir. Lakin bu kosmetik müdaxiləni yerinə yetirən mütləq həm həkim-dermatoloq, həm də rəssam olmalıdır ki, düzgün rəng piqmenti seçə bilsin. Başqa sözlə, bu proseduranı gerçəkləşdirən peşəkar vizajist olmalıdır.

Korrektorun rəngi təbii dəri və gözətrafı qara halqaların rəngindən asılı olaraq hazırlanır. Göz ətrafı üçün, adətən, açıq korrektorlardan istifadə olunur. Nəticə o qədər təbii görünür ki, hətta göz ətrafı ilə dəri rəngi bir-birindən qətiyyən fərqlənmir.

Proseduraya başlamazdan əvvəl usta həmin sahəyə xüsusi keyləşdirici maz çəkir. Ağrını hiss etməmək üçün göz ətrafında minimum 20 dəqiqə saxlanılmalıdır. Kosmetik tatuajın təbii alınması üçün hər prosedur 3 qat tətbiq edilməlidir. Hər dəfə keyləşdirici maz çəkilməlidir. Çünki istənilən prosedur kimi bu üsul da arabir xoşagəlməz sancılar, hisslər yarada bilər.

Diqqət edin!
 
Hər hansı digər permanent makiyajı kimi bu proseduranı da yerinə yetirərkən  günəş şüalarından qorunmalısınız. Proseduraların sayı gözlərin altındakı qara dairələrin tündlüyündən asılı olaraq, 3 dəfəyə qədər artırıla bilər. Korreksiya isə, adətən, proseduradan bir ay sonra, dəri bərpa olanda həyata keçirilir.
 
Nəticədə hər gün gözlərinizin altına korrektor çəkmək əziyyətindən xilas olacaqsınız. Üzünüz daha təmiz, baxışlarınız isə daha dərin olacaq.
 
Reabilitasiya dövrü: Göz ətrafındakı dəri çox zərif olduğu üçün ilk 12 saatda gözlərin altında şiş və göyərmə ola bilər. Lakin ona hər hansı krem və məlhəm çəkmək qətiyyən doğru deyil. Hər proseduranın arasında azı beş gün fərq olmalıdır. Dərinin tam bərpası üçün yarım ay lazımdır. Ümumiyyətlə, 3-4 həftə ərzində günəşin ultrabənövşəyi şüalarından qaçmaq, həmçinin sauna kimi sizi tərlədən proseduralardan uzaq durmalısınız. Çünki bu amillər nəticəyə birbaşa təsir edir. Nəticənin uzun müddət qalması üçün isti ölkələrə gedərkən mütləq eynək taxın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/387705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR