Xəstə əkizləri olan məcburi köçkün ailəsi palçıq daxmada yaşayır (VİDEO)

Xəstə əkizləri olan məcburi köçkün ailəsi palçıq daxmada yaşayır (VİDEO)
08:06 30 Dekabr 2014
136 Digər
Ölkə mətbuatı
A- A+

Nərminə Allahverdiyeva əslən Ağdamın Paprəvənd kəndindəndir. Hal-hazırda Tərtərin Mamırlı kəndində palçıq daxmada məskunlaşıb. Bu ərazidə yaşayan məcburi köçkünlər Ağdamda salınan Yeni İmamqulubəyli qəsəbəsində evlə təmin olunub. Lakin Allahverdiyevlər ailəsinə ev verilmeyib. İndi iki azyaşlı uşağı olan ailə rütubətli daxmada yaşamağa məcburdur.

“72 manat çörək pulu alırıq 4 nəfər, 2 uşaq, 2-də özümüz. Bir də ki, 150 manat sosial dövlət verir ona baxırıq. O da ki, uşaqlar qan xəstəsidir. Yoldaşım da xəstədir” – deyə Nərminə Allahverdiyeva vurğulayıb.

Məsələni araşdıran zaman məlum oldu ki, Nərminə 1993-cü ildən ailəsi ilə birlikdə Mamırlı kəndi ərazisində məskunlaşıb. 2012-ci ildə Bərdədə qediyyatda olan məcburi köçkün Hasil Allahverdiyevlə ailə qurub. Lakin əvvəlcədən yaşadığı ərazidən qeydiyyatdan çıxmayıb. Əksinə həyat yoldaşı Bərdədə qeydyyatda olduğu ünvandan çıxaraq Mamırlıya köçüb.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon nümayəndəliyindən bildirdilr ki, Nərminə Allahverdiyeva onların ərazisində qeydiyyatda olmayıb. Ağdam rayon, Yeni İmamqulubəyli qəsəbə inzibati dairəsi üzrə nümayəndəlikdən verilən məlumata görə, isə Nərminə əvvəllər atasının evində məcburi köçkün kimi qeydiyyatda olub. Lakin Bərdə rayonunda məskunlaşan Ağdam rayon Qiyaslı kənd sakinilə ailə qurduğundan əvvəlki qeydiyyatı dayandırılıb və ona məsləhət görülüb ki, həyat yoldaşının yaşadığı ünvana qeydiyyata düşsün. İndi onların hər ikisi yenidən Bərdədə qeydiyyata düşməlidi ki, burda məcburi köçkünlər üçün salınan qəsəbədən ev ala bilsinlər.

Hazırda isə heç yerdə işləməyən və 230 manat dövlət müavinəti hesabına yaşayan ailə sənədləri düz olmadığından bu ağır şəraitdə yaşamaq məcburiyyətindədir. Üstəlik hər şeydən xəbərsiz yaşı tamam olmamış xəstə əkizlərlə.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=317049

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR