Azərbaycanın "Kobra"sı döyüşdə (VİDEO, FOTO)

Azərbaycanın "Kobra"sı döyüşdə (VİDEO, FOTO)
00:11 5 Dekabr 2015
56 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan "Glory World Series"də rinqə çıxıb.

ANS PRESS-in məlumatına görə, Hollandiya paytaxtı Amsterdamda baş tutan döyüşdə "Kobra" ləqəbli idmançımız mərakeşli Aziz Kallahla üz-üzə gələcək.

Döyüş 23:00-da start götürüb və Rusiyanın "Боец" telekanalı vasitəsilə canlı yayımlanır.


Pərviz Abdullayev - “Kobra” ləqəbli döyüşçü

Qeyd edək ki, “Qəbələ” İK-nun idmançısı olan Pərviz Abdullayev 5 qat dünya çempionudur. Pərviz 44 peşəkar döyüş keçirib və onlardan 40-da qalib gəlib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR