Gəncədə 5 dekabr - Beynəlxalq Könüllülər Günü qeyd olunub

Gəncədə 5 dekabr - Beynəlxalq Könüllülər Günü qeyd olunub
00:53 5 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+


Gəncə, 5 dekabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisi 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə “Könüllülük: uğura gedən yol” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, gənclərdə könüllülük işinə həvəs oyatmaq, onları bu fəaliyyətə stimullaşdırmaq məqsədilə keçirilən tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbə gənclər təşkilatının sədri Turan Məmmədzadə, Gənclər üçün Təhsil Mərkəzinin Gəncə ofisinin rəhbəri Aygün Həsənzadə, ADAU-nun Azərbaycan tarixi, hüquq və fəlsəfə kafedrasının müdiri Azad Bayramov, Gəncədəki Məhsəti Mərkəzinin direktoru Zərifə Xasayeva və başqaları çıxış edərək könüllülük işinin əhəmiyyətindən və gənclərimizin bu sahədə qazandıqları uğurlardan danışıblar. Sonra Gəncədəki “ASAN xidmət” mərkəzinin könüllüləri maraqlı proqramla çıxış ediblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_5_dekabr___Beynelxalq_Konulluler_Gunu_qeyd_olunub-908480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR