Bakıda Meksika kinosu günləri keçiriləcək

Bakıda Meksika kinosu günləri keçiriləcək
01:58 5 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 7-dən 11-dək Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bakıda Meksika kinosu günləri keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dekabrın 7-də Nizami Kino Mərkəzində kino günlərinin açılışı olacaq.
Ölkələrimiz arasında mədəni əlaqələri möhkəmləndirmək, Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etmək məqsədilə təşkil olunan kino günləri çərçivəsində “Səfil həyat”, “Makario”, “Ümid var”, “Varislər” və “Mirvari” bədii filmləri tamaşaçılara təqdim ediləcək.
Meksika filmləri Azərbaycan dilinə “Lider” televiziyası tərəfindən dublyaj olunub. Filmlərin nümayişlərinə giriş sərbəstdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Meksika_kinosu_gunleri_kechirilecek-908481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR