"Real" apellyasiya verəcək

Bildiyiniz kimi, İspaniya Kral Kubokunun təşkili üzrə komitə cəzalı futbolçunun xidmətindən istifadə etdiyi üçün Madrid "Real"ını sözügedən turnirdən uzaqlaşdırıb.

Ancaq "Real" qərara etiraz edir. Metbuat.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu yaxın günlərdə apellyasiya verəcək.

İspaniya Futbol Federasiyasının apellyasiya komitəsinin qərarının Kral Kubokunun təşkili üzrə komitənin qərarı ilə üst-üstə düşəcəyinin ehtimalı böyükdü. Əgər apellyasiya təmin edilməsə, "Real" İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməli olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR