"Bank BTB"nin sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb

"Bank BTB"nin sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb
02:53 5 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Bank BTB" ASC-nin adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydə alıb.
Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildiriblər ki, emissiyanın məbləği 2 milyon manat, qiymətli kağızın miqdarı 2 min ədəd, nominal dəyəri min manatdır. "Invest-AZ" MMC anderrayter vəzifəsində çıxış edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də həyata keçiriləcək. Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR