Bundesliqa: 15-ci tur "Şalke"nin qələbəsiylə başladı (Video icmal)

Almaniya Bundesliqasında 15-ci tura start verilib.

Turun açılış matçında "Şalke" "Hannover"i qəbul edib. İlk hissədə qapılara qol vurulmayıb. İkinci hissənin əvvəlində hakim "Hannover"in qapısına penalti təyin edib. Qays 11 metrlik zərbəni dəqiq yerinə yetirib. 73-cü dəqiqədə Huntelar fərqlənib. Çox keçməmiş "Hannover" Sent-Maksiminin vurduğu qolla fərqi azaldıb. Ancaq qoldan cəmi 1 dəqiqə sonra "Şalke" yenidən rəqib qapısına yol tapıb.

Beləliklə, Bundesliqada 15-ci tur "Şalke"nin qələbəsiylə başlayıb.

"Şalke" - "Hannover" - 3:1

Qollar: Qays, 51 (pen.), Huntelar, 73, Di Santo, 82 - Sent-Maksimin, 81

Video icmalı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR