Zaqatalada kənd əhalisinin içməli su təminatı yaxşılaşdırılır

Zaqatalada kənd əhalisinin içməli su təminatı yaxşılaşdırılır
04:23 5 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Zaqatala, 5 dekabr, AZƏRTAC
Əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə Zaqatala rayonunun 5 yaşayış məntəqəsində - Yuxarı Çardaxlar, Uzun Tala, Ələsgər, Paşan və Uzun Qazmalar kəndlərində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılıb. Qurğuların tikintisi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə həyata keçirilir.
Tikinti işlərini yerinə yetirən “Retro-İnşaat” MMC-nin iş icraçısı Abdurəhim İbrahimov AZƏRTAC-a bildirib ki, layihə çərçivəsində bu kəndlərin hər birində sutəmizləyici qurğular istismara veriləcək, ümumilikdə 90-a yaxın məhəlləyə bulaq çəkiləcək. Beləliklə, bu kəndlərin içməli su problemi tam aradan qaldırılacaq, əhali təmiz içməli su ilə təmin olunacaq.
Məhdud Məsuliyyətli Cəmiyyətin təmsilçisinin bildirdiyinə görə, indiyədək ölkə ərazisində İsrail, Koreya Respublikası və Türkiyə şirkətlərinin istehsal etdiyi sutəmizləyici qurğular quraşdırılıb. Sevindirici haldır ki, artıq belə qurğular Azərbaycanda da istehsal olunur və indiyədək regionlarda 100 belə qurğu quraşdırılıb.
İş icraçısının məlumatına görə, sutəmizləyici qurğuların gələn ilin yanvar ayı ərzində istismara verilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatalada_kend_ehalisinin_ichmeli_su_teminati_yaxsilasdirilir-908501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR