IDEA UNCCD-yə qəbul edildi

IDEA UNCCD-yə qəbul edildi
04:44 5 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci ildə təsis edilən IDEA İctimai Birliyi dekabrın 4-də BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) Tərəflər Konfransına üzv qəbul edilib.

 

APA-nın məlumatın görə, əsası 1994-cü ildə qoyulmuş UNCCD ətraf mühit və torpaqların davamlı idarə olunması sahələrini birləşdirən yeganə beynəlxalq sənəd hesab olunur. Konvensiya 195 dövlət, ö cümlədən 1998-ci ildə Azərbaycan tərəfindən ratifikasiya olunub. Konvensiyanın Katibliyi Almaniyanın Bon şəhərində yerləşir və əsas etibarilə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında davamlı torpaq idarəçiliyi sahəsində təcrübə və texnologiya mübadiləsini təmin edir.

 

Dövlətlərlə yanaşı, vətəndaş cəmiyyəti də UNCCD-nin fəaliyyətində iştirak edə bilər. Belə ki, xüsusi akkreditasiya prosesindən keçmiş 200-ə yaxın qeyri-hökumət təşkilatı hazırda UNCCD-nin üzvüdür.

 

BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasına akkreditə olan IDEA İctimai Birliyi Azərbaycanı bu Konvensiyada təmsil edən ilk qeyri-hökuməti təşkilatı kimi tarixə düşüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR