İçli blinçiklər - FOTO

İçli blinçiklər - FOTO
07:05 5 Dekabr 2015
74 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az içli blinçiklərin hazırlanma qaydasını təqdim edir

Tərkibi (6 pay): 

4 dolu x.q. mannı yarması
1,5 st. un (300 q)
4 yumurta (2-si xəmirə, 2-si içə)
550 ml qatıq (400 ml xəmirə, 150 ml - içə)
100-120 ml su
0,5 ç.q. soda
1 ç.q. şəkər tozu
0,5 ç.q. duz
3 x.q. bitki yağı
1 baş soğan 
100 q toyuq döşü
ispanaq 
50 q pendir
10-15 q kərə yağı

2 yumurtanı yüngülcə çalın, 0,5 ç.q. duz, 1 ç.q. şəkər tozu, 400 ml qatıq, 100 ml su, 4 x.q. mannı yarması, 1,5 st. un və 0,5 ç.q. soda əlavə edin, yaxşıca qarışdırın ki, lopa qalmasın, sonra 3 x.q. bitki yağı qatın. 

Quru, qızdırılmış tavanın tam ortasına 2-3 x.q. xəmir tökün. Xəmir yayılacaq və 10-12 sm diametrli blinçikə çevriləcək. 

2 dəqiqə sonra blinçikin üzəri qabarmağa başlayacaq. Üst hissəsi də bişən kimi (yəni duru halından bərk hala keçən kimi) blinçiki tavadan götürüb ayrı qaba qoyun, digər blinçik üçün tavaya xəmiri eyni qayda ilə tökün. Blinçikləri üst-üstə yığmayın, yapışacaqlar. 

Blinçiklərdən sonra omleti hazırlayın: əslində içinə ürəyiniz istəyən, sevdiyiniz digər ərzağı qoya bilərsiniz, hətta şirin də olar. 

Soğanı xırda doğrayıb az miqdarda yağda qovurun. Suda bişmiş toyuq döşünü xırda doğrayıb soğana əlavə edin, doğranmış ispanaq da qatıb qarışdırın, 2 yumurtanı 150 ml qatıqla çalıb əlavə edin. Omleti tərkibindəki yumurta bişənədək ocağın üstə saxlayın. 

Sonra blinçiklərin ortasına bu içdən qoyub, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin, digər blinçiklərlə üzərini qapadın, kənarlarını azca basan kimi yapışacaq. 
Göstərilən ərzaqdan 6 içli blinçik alınır. 
Hər blinçikin üzərinə yumşaldılmış kərə yağı çəkin. 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.

Nuş olsun!

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/387150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR