IDEA və UNCCD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb - FOTO

IDEA və UNCCD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb - FOTO
07:47 5 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 21-ci Paris Konfransında iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dekabrın 4-də BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı katibi xanım Monik Barbut ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə IDEA və UNCCD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu sənəd iki təşkilat arasında gələcək fəaliyyətin çərçivəsini müəyyənləşdirməklə yanaşı, əməkdaşlıq sahələri və formatını da əks etdirir.

İmzalanma mərasimindən sonra Leyla Əliyeva ilə Monik Barbut arasında ikitərəfli görüş keçirilib. Görüşdə Leyla Əliyeva ölkəmizdə şoran torpaqların münbitliyinin artırılması və meşə ərazilərinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, yaşıllıqların artırılması ilə bağlı dövlət səviyyəsində görülən işlərə dəstək verilməsi məqsədilə IDEA İctimai Birliyi tərəfindən də mütəmadi olaraq, kütləvi ağacəkmə aksiyaları təşkil olunur. Bu cür tədbirlər bir qayda olaraq, ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Fəaliyyət göstərdiyi 4 il ərzində IDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkə ərazisində ümumilikdə 5 milyondan artıq ağac əkilib. Bununla yanaşı, IDEA ötən ilin may ayından etibarən meşə zolaqları və yaşıllıqların mühafizəsi məqsədilə "Ağacların kəsilməsinə yox" proqramına başlayıb. Leyla Əliyeva bildirib ki, IDEA-nın layihələrinin uğurunun təməlini İctimai Birliklə gənclər arasında mövcud olan qarşılıqlı anlaşma və sıx bağlılıq təşkil edir. Görüşdə Leyla Əliyeva rəhbərlik etdiyi təşkilatın digər sahələrdəki fəaliyyəti və gələcək planlarına da toxunub.

Monik Barbut UNCCD-də akkreditə olması münasibətilə IDEA-nı təbrik edib. O, UNCCD-nin əsas prioritetləri, eləcə də həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. M.Barbut, həmçinin ölkəmizdə səhralaşma və meşə sahələrinin qıtlığı probleminin həllində vətəndaş cəmiyyətinin, xüsusilə də IDEA-nın önəmli rol oynaya biləcəyini vurğulayıb.

Tərəflər Azərbaycanda və regionda birgə layihələrin həyata keçirilməsi və beynəlxalq tədbirlərin təşkili perspektivlərini də müzakirə ediblər.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Əsl ana YAP-ın üzvü olmalıdır

22 Sentyabr 2017 17:38

Kənd təsərrüfatı naziri Salyanda vətəndaşlarla görüşüb

22 Sentyabr 2017 17:37

Prokuror qayınanasını bıçaqlayan şəxsə cəza istəyib

22 Sentyabr 2017 17:37

Bu qadına ana demək olarmı?!

22 Sentyabr 2017 17:37

2017-ci ilin birinci yarısında kiberhücumlardan dəymiş zərərin həcmi məlum olub

22 Sentyabr 2017 17:35

İspaniya Kataloniyaya ordu yeritdi

22 Sentyabr 2017 17:33

Gürcüstan Voleybol Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

22 Sentyabr 2017 17:32

Təmizləyici vasitənin reklamı dayandırıldı

22 Sentyabr 2017 17:31

Azərbaycanda keçmiş bələdiyyə sədri həbsdə öldü

22 Sentyabr 2017 17:29

Bakıda polis bölmələrindən birinə yeni rəis təyin edilib

22 Sentyabr 2017 17:27

"Azərbaycan iqtisadiyyatının dinamik inkişafı qorunub saxlanıb"

22 Sentyabr 2017 17:27

Sabiq nazir müavinin oğlu ölkədən çıxıb

22 Sentyabr 2017 17:24

Sentyabrın 25-nə manatın MƏZƏNNƏSİ

22 Sentyabr 2017 17:23

“2018-ci ilin yazında müharibə...” - Rusiyalı ekspertdən PROQNOZ

22 Sentyabr 2017 17:23

Novak: "Bu ilin II yarısında neftə tələbat artacaq"

22 Sentyabr 2017 17:22

Növbəti 3 günə olan məzənnə

22 Sentyabr 2017 17:21

"Ağıllı" qapı zəngi hazırlanıb - FOTO

22 Sentyabr 2017 17:18

Almaniya Vyetnamla strateji tərəfdaşlığı dayandırır

22 Sentyabr 2017 17:17

Hərbi təlimlərə döyüş helikopterləri də qoşulub

22 Sentyabr 2017 17:15

“Çelsi” rəsmən təsdiqlədi: Kosta “Atletiko”da

22 Sentyabr 2017 17:14

Gənc Tamaşaçılar Teatrı oktyabr ayına olan repertuarını açıqlayıb

22 Sentyabr 2017 17:12

Sizi 15 günə qarın piylərindən 4 kilo xilas edəcək

22 Sentyabr 2017 17:10

2 başlı, 3 ciyərli, 4 əlli insanlar: Belə uşaqların doğulmaması üçün nə etməli? - ARAŞDIRMA

22 Sentyabr 2017 17:08

“Qara Bazar”a son zərbə

22 Sentyabr 2017 17:04

Lütfi Zadənin nəşinin Bakıya gətirilməsinin GECİKMƏ SƏBƏBİ BİLİNDİ: "Cümə günü..."

22 Sentyabr 2017 17:03

Bakı-Qazax yolunda yol qəzası baş verib, iki nəfər xəsarət alıb

22 Sentyabr 2017 17:02

Bu il İtaliya səfirliyinin azərbaycanlı tələbələrə verdiyi vizaların sayı açıqlanıb

22 Sentyabr 2017 17:02

Mədəniyyət və Turizm Nazirliyi Mirzə Ələkbər Sabirin ev muzeyinin sökülməsinə münasibət bildirib

22 Sentyabr 2017 16:57

Hərdən AFFA və PFL-ə yazığım gəlir

22 Sentyabr 2017 16:57

“Bu, Türkiyənin milli təhlükəsizlik məsələsidir”

22 Sentyabr 2017 16:56

İstanbulu fəth edən Çinarə Məlikzadə bütün GİZLİNLƏRİNİ AÇDI: “Ailə qurandan sonra...” - MÜSAHİBƏ

22 Sentyabr 2017 16:53

Üzeyir Hacıbəyova qarşı tərbiyəsizlik edənlərə CƏZA

22 Sentyabr 2017 16:51

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan ictimai-siyasi cəhətdən sabit, iqtisadi gücü sürətlə artan və irimiqyaslı layihələr icra edən ölkədir"

22 Sentyabr 2017 16:47

Bakıda avtobuslarda gediş haqqı bahalaşıb?

22 Sentyabr 2017 16:45

Röya Zabit Səmədovla SEVGİLİ OLMASINDAN DANIŞDI: “O mənim...” - FOTO

22 Sentyabr 2017 16:43

120 manata görə iki qardaşa 5 İL HƏBS

22 Sentyabr 2017 16:39

“İDEAL”ın keçmiş baş direktoruna cinayət işi açıldı

22 Sentyabr 2017 16:38

"Qara bazar"a son zərbə

22 Sentyabr 2017 16:37

Azərbaycanlı aktrisa çəkiliş meydançasında

22 Sentyabr 2017 16:37

“Hamı üçün İKT” sosial layihəsinə start verilib

22 Sentyabr 2017 16:35

Sifəti tanıyan qapı zəngi yaradılıb

22 Sentyabr 2017 16:35

“TurAz Qartalı-2017” təlimlərinə döyüş helikopterləri də qoşuldu

22 Sentyabr 2017 16:34

Piyadaların nəzərinə: Reyd keçirilir

22 Sentyabr 2017 16:33

Bakıda yeraltı və yerüstü keçidlərdən istifadə etməyən piyadalara qarşı reyd keçirilib

22 Sentyabr 2017 16:32

"QəbuldASAN" verilişi yeni mövsümə start verir

22 Sentyabr 2017 16:29

Baş nazir: “Ölkəmin zülmkar keçmişindən utanıram”

22 Sentyabr 2017 16:28

Bakıda V İnvestorlar Yarmarkası keçiriləcək

22 Sentyabr 2017 16:27

Qaradağda saxta pul əskinasları kəsməkdə təqsirləndirilən şəxslərin cəzaları azaldılıb

22 Sentyabr 2017 16:27

“Məşhurların çoxu belə arıqlayıb, hamısı gizlədir”

22 Sentyabr 2017 16:25

Poroşenko ABŞ-la silah razılaşmasından danışdı

22 Sentyabr 2017 16:23