Yol qəzasında sürücü ağır xəsarət alıb - FOTO

Yol qəzasında sürücü ağır xəsarət alıb - FOTO
07:57 5 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabulda baş verən avtoqəzada 17 yaşlı sürücü ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, saat 23.30 radələrində Hacıqabul-Şirvan magistralının 1-ci kilometrliyində ağır avtoqəza baş verib.
 
Hacıqabul rayon sakini, M.Hüseynzadə küçəsi, 9 ünvanında yaşayan 1998-ci il təvəllüdlü Abbasov Abbas Rasim oğlu idarə etdiyi VAZ 2107 markalı  44 BN 280 dövlət nömrə nişanlı avtomobili böyük sürətlə körpünün beton dirəyinə çırpıb. Nəticədə avtomobilin sürücüsü ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən  xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirir.
 
Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR