Sumqayıtda bina yandı, 3 nəfər zəhərləndi

Sumqayıtda bina yandı, 3 nəfər zəhərləndi
08:05 5 Dekabr 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd işıq, 4 ədəd su, 2 ədəd qaz sayğacı yanıb. Yanğın zamanı bina sakinlərindən 3 nəfər (2 azyaşlı) tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib, 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 23:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/387791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR