Pərviz Abdullayev "Glory World Series"də qələbə qazandı - tarixə düşdü

Pərviz Abdullayev "Glory World Series"də qələbə qazandı -   tarixə düşdü
10:47 5 Dekabr 2015
111 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan "Glory World Series"də rinqə çıxıb və qələbə qazanıb.

Fanat.az xəbər verir ki, Hollandiya paytaxtı Amsterdamda baş tutan döyüşdə idmançımız mərakeşli Aziz Kallahla üz-üzə gəlib. 3 raund davam edən qarşılaşmanın sonunda hakimlər yekdilliklə Pərvizin qələbəsinə qərar veriblər.

Bununla da Pərviz həmin yarışda qalib gələn ilk azərbaycanlı kikbokçsu kimi tarixə düşüb.

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR