"Real" məhkəməyə gedir

"Real" məhkəməyə gedir
10:57 5 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

"Real" İspaniya Kral Kubokundan uzaqlaşdırılması qərarı ilə barışmır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, madridlilər məhkəməyə müraciət etmək fikrinə düşüblər.

İspaniya Kral Kubokunun 1/16 final mərhələsində "Kadiz"lə qarşılaşmada cəzalı Denis Çerışevin oynaması İspaniya Futbol Federasiyasının "Real"ı turnirdən uzaqlaşdırması ilə nəticələnib. Lakin bu qərarla razılaşmayan klub rəhbərliyi günahı federasiya və "Vilyareal"da görür. Belə ki, "kral klubu" futbolçunun passivində 3 sarı vərəqə olması ilə bağlı nə federasiyadan, nə də onun ötən mövsüm formasını geyindiyi "Vilyareal"dan məlumat verildiyini bildirib. Bu səbəbdən də "Real" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək.
 
Qeyd edək ki, "Real" "Kadiz"i 3:1 hesabı ilə məğlub etmişdi. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR