​Ermənistanda "sükut günü"dür

​Ermənistanda "sükut günü"dür
11:07 5 Dekabr 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Ermənistanda konstitusiya islahatı ilə bağlı keçiriləcək referendum öncəsi "sükut günüdür".
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlmat yayıb.
Məlumata görə, Ermənistanın əyalətlərində və Yerevanda referendumun keçirilməsi ilə bağlı 1997 seçki məntəqəsi təşkil edilib.
Referendumu yalnız MDB dövlətlərindən olan beynəlxalq müşahidəçilər izləyəcək.
Yeni konstitusiya layihəsində prezidentin səlahiyyətlərinin azaldılması, 7 il müddətinə parlament tərəfindən seçilməsi də nəzərdə tutulub
Ölkə müxalifəti konstitusiya islahatı ilə bağlı referendumun keçirilməsinə etiraz edir.
Məlumata görə, dekabrın 6-da Yerevanın Azadlıq meydanında "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi etiraz aksiyası keçirməyi planlaşdırıb.
Qeyd edək ki, dekabrın 6-da Ermənistanda referendum keçiriləcək. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR