İspaniya mətbuatı Bakıda keçiriləcək “Formula-1” Qran-prisini diqqət mərkəzində saxlayır

İspaniya mətbuatı Bakıda keçiriləcək “Formula-1” Qran-prisini diqqət mərkəzində saxlayır
11:08 5 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 5 dekabr, AZƏRTAC
İspaniyanın “Formula-1” idman növü üzrə ixtisaslaşmış “LaF1.es” portalı gələn ilin iyununda keçiriləcək Bakı Qran-prisinə hazırlıq işləri haqqında yazıları davam etdirir.
Portalda bu mötəbər idman yarışı ilə bağlı yerləşdirilən növbəti məqalədə Bakı trekinin orta sürətinin saatda təxminən 210 kilometr olacağı diqqətə çatdırılıb. Bildirilib ki, bu, mövsüm ərzində şəhər trası üçün ən yüksək orta sürət olacaq. Bakıda Qran-prisində ən yüksək sürət isə saatda 340 kilometrdən artıq olacaq.
Məqalədə yarışların promouter şirkəti olan “Bakı Şəhər Halqası” şirkətinin icraçı direktoru Arif Rəhimovun “The New York Times” nəşrinə verdiyi müsahibədən də istifadə edilib.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR