Amerika faciəsinin gizlinləri AÇILIR - FOTO

Amerika faciəsinin gizlinləri AÇILIR - FOTO
11:12 5 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın San-Bernardino şəhərindəki sosial təminat mərkəzində gülləbaran törədən, 17 nəfəri qətlə yetirən və 21 nəfəri yaralyan 28 yaşlı Seyid Rezvan Fəruqla onun xanımı, 27 yaşlı Taşfin Malik barədə yeni məlumatlar bəlli olub.
Seyid və Taşfin əslən pakistanlılardı.
Milli.Az ABC News-a istinadən bildirir ki, Seyid Fəruqla internetdə tanış olan, sonra da Səudiyyə Ərəbistanında ailə quran Taşfin Malik ərinin yanına, ABŞ-a yollanmışdı.
Lakin o, hələ vətənində, Pakistanda olanda radikal islamçı qruplaşmaların təsiri altında idi.
San-Bernardinodakı gülləbarandan bir qədər əvvəl Taşfin Malik İŞİD-ə biət etmiş, bu terror təşkilatına sədaqət andı içmişdi.
Həddən artıq mühafizəkar olan Taşfin Malik ABŞ-a yollanandan sonra daim hicabda və çarşabda olub.
Seyid Rezvan Farukun qardaşları, atası və qohumlarının dediklərinə görə, Taşfin hətta onların yanında da üzündəki niqabı qaldırmırdı: "Onun üzünü görməmişik. Ancaq səsini eşidirdik".
Taşfin Malikin 2 yaşı olanda valideynləri Səudiyyə Ərəbistanına yollanmışdılar. Orada Bəhauddin Zəkəriyyə Universitetinin farmasevtika fakültəsini bitirmiş Taşfin vətəninə, Pakistana dönmüşdü.
Federal Təhqiqatlar Bürosunun (FBİ) yaydığı açılamaya görə, Seyid Rezvan Faruq və Taşfin Malikin terror təşkilatları ilə əlaqələri də istisna olunmur.
Faruq ailəsinin vəkilləri Devid ÇelsiMəhəmməd Əbürşəidin dediklərinə görə, Taşfin Malik həddən ziyadə qapalı, mühafizəkar insan olub.
"Amma bu adamların hər hansı terror təşkilatı ilə əlaqələri, təmaslarına dəlalət edə biləcək heç bir ipucu, dəlil və ya sübut yoxdur", - vəkillər söyləyiblər.
Xatırladaq ki, ABŞ-ın Kaliforniya ştatındakı San-Bernardino şəhərindəki sosial təminat mərkəzinin konfrans zalına soxulan və 14 nəfəri güllələyərək 21 nəfəri yaralayan iki şəxsin terror qruplaşmaları ilə əlaqəli olduqları aşkarlanıb.
San-Bernardinodakı gülləbaranı əslən pakistanlı, 28 yaşlı Seyid Rezvan Fəruk və onun xanımı, əslən pakistanlı olan 27 yaşlı Taşfin Malik törətmişdilər.
2014-cü ilin yayında o, Səudiyyə Ərəbistanına yollanaraq orada 9 gün qalmışdı.
Los Angeles Times bildirir ki, Faruk Səudiyyə Ərəbistanına internetdə tanış olduğu Taşfin Maliklə görüşmək üçün yollanmışdı.
Onlar daha sonra evləniblər.
Qara rəngli taktiki gülləkeçirməz jiletlər geyinmiş Seyid Faruk və Taşfin Malikin hər birində Llama və Smith and Wesson tapançaları, habelə Smith and Wesson M&P15 avtomatları vardı.
Silahların hamısı ABŞ-da leqal şəkildə satın alınmışdı.
Onlar Ford Expedition SUV markalı avtomobillərinin arxa sağ qapısına da əldəqayırma bomba bərkitmişdilər.
San-Bernardino şəhərindəki Kaliforniya Dövlət Universitetini bitirmiş Farukun xanımı və 6 aylıq qızı ilə yaşadığı, Redlənds şəhərindəki evində 5 min güllə, 12 əldəqayırma partladıcı qurğu, 5 avtomat və 12 tapança tapılıb.
 

Milli.Az











































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/387817.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR