"Moody’s" Azərbaycanın reytinqini əvvəlki səviyyədə saxlayıb

"Moody’s" Azərbaycanın reytinqini əvvəlki səviyyədə saxlayıb
11:13 5 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

"Moody’s Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın hökumət istiqrazlar və emitent reytinqini "Baa3" səviyyəsində saxlayıb. Proqnoz "Sabit"dir.

Trend bu barədə agentliyin saytına istinadən məlumat verir.

Agentliyin məlumatına görə, reytinqin saxlanılması bir neçə amilə əsaslanır: "İlk növbədə bu, ÜDM-in 60 faizi səviyyəsində olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin böyük həcminin dəstəklədiyi Azərbaycanın fiskal dayanaqlığıdır və "Moody's" gözləyir ki, 2016-cı ildə dövlət borcunun ÜMD-mə nisbəti 25 faizdən aşağı olacaq".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2465520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR