Kafeyə hücum etdi, iki qadını girov götürdü

Kafeyə hücum etdi, iki qadını girov götürdü
11:31 5 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliyanın Melburn ştatında kafelərin birində silahlı insident baş verib. Silahlı şəxs kafedəkiləri girov götürüb. O, 8 saatdan sonra polisə təslim olub.

ANS PRESS-in məlumatına görə, naməlum şəxs kafedə iki qadını girov saxlayıb. Hal-hazırda o, polis bölməsinə aparılaraq, sorğu-sual olunur.

Ştatın polis nümayəndəsi Qlenna Veiranın sözlərinə əsasən, 8 saat əli silahlı kişi ilə danışıqlardan sonra, onu nəhayət dilə tuta biliblər və o, təslim olaraq, girov saxladığı iki qadını da azad edib.

"Danışıqlıqlar çox müvəffəqiyyətlə keçdi, baxmayaraq ki, bir az çox vaxt aldı. Amma əsası odur ki, hadisə zamanı heç kim xəsarət almadı", - deyə polis bildirib.

Polis bölməsindən verilən məlumata görə, cinayətkar girov götürdüyü qadınlardan biri ilə uzun müddət bir yerdə yaşayıb. Digər girov isə kafe işçisi olub. Hazırda onun bu cinayəti törətməkdə hansı məqsədinin olduğu araşdırılır.



"Daily Mail" agentliyinin məlumatı

Analoji hal Avstraliyada keçən il də olub. Belə ki, silahlı bir nəfər 2014-cü il dekabrın 17-də Sidneyin mərkəzində yerləşən Lindt kafesinin 17 əməkdaşını girov götürüb. Cinayətkar girovları pəncərədən ərəb yazısısı olan bayraq asmağa məcbur edib. 16 saatlıq əməliyyat zamanı polis kafeyə hücüum edib. Nəticədə cinayətkarla birlikdə 3 nəfər həlak olub, 6 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, cinayətkar İrandan gələn Men Xaron Monis olub, hansı ki, Avstraliya qanunları ilə problemləri olub.


Avstraliya, Sidney, Melburn





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR