Prezident açılışda

Prezident açılışda
11:56 5 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev açılış edib. ANS PRESS-in məlumatına görə, dövlət başçısı dekabrın 5-də Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Mərkəzdə yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidentinə daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarəedilməsi, torpaqların elektron uçotu, ünvan reyestri informasiya sistemləri və elektron kadastr məlumat bazası barədə məlumat verilib.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi prezidentinin 24 iyun 2009-cu il tarixli,116 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin əsasında yaradılıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna komitənin Mərkəzi Aparatı, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi, eləcə də komitənin ərazi şöbələri daxildir. Komitənin tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi və Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR