Bakı metrosu ilk dəfə sərnişinlərini canlı musiqi ilə qarşılayıb

Bakı metrosu ilk dəfə sərnişinlərini canlı musiqi ilə qarşılayıb
11:58 5 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
“28 May” metro stansiyasının əsas girişində sərnişinləri Azərbaycan Milli Konservatoriyasının və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərinin ifası qarşılayıb. Musiqiçilər dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələrini, Azərbaycan folkloru və milli musiqisinin ən gözəl parçalarını ifa ediblər.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, QSC-nin son dövrlərdə həyata keçirdiyi sosial layihələr ictimaiyyətin diqqətini cəlb edib və maraqla qarşılanıb. İndiyə kimi rəsm və foto əsərlərin sərgisi təşkil edilmiş metropolitendə bu dəfə fərqli layihə həyata keçirilir.
Layihənin əsas məqsədi dahi bəstəkar, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyinə töhfə verərək, bu hadisəyə ictimaiyyətin diqqətini cəlb etmək və sərnişinlərə xoş ovqat, yüksək əhval-ruhiyyə bəxş etməkdir.
Hər həftənin cümə və şənbə günləri olmaqla, layihə dekabr ayının sonuna kimi davam edəcək. Cümə günləri “28 May”, şənbə günləri isə “İçərişəhər” metro stansiyalarında sərnişinlərə canlı musiqi nümunələri təqdim olunacaq.
Qeyd edək ki, buna qədər metropolitendə daha üç sosial layihə həyata keçirilib. İlk belə layihə olan talassemiyalı uşaqlara yardım məqsədilə uşaqların rəsm əsərlərindən ibarət sərgi “Nərimanov” metro stansiyasının keçidlərində təşkil olunub. Hazırda burada “Dünya rəssamları” adlı sərgi davam edir. “Gənclik” metro stansiyasının keçidlərində isə foto əsərlərdən ibarət sərgi təşkil olunub.
 




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_metrosu_ilk_defe_sernisinlerini_canli_musiqi_ile_qarsilayib-908525

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR