Azərbaycanın "Kobra"sı qalib gəldi

Azərbaycanın "Kobra"sı qalib gəldi
12:06 5 Dekabr 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan "Glory World Series"də rinqə çıxıb və qələbə qazanıb.

ANS PRESS-in məlumatına görə,
Niderlandın paytaxtı Amsterdamda baş tutan döyüşdə idmançımız mərakeşli Aziz Kallahla üz-üzə gəlib.

3 raund davam edən qarşılaşmanın sonunda hakimlər yekdilliklə döyüşü üstün keçirən Pərviz Abdullayevin xeyrinə qərar veriblər.


Pərviz Abdullayev - “Kobra” ləqəbli döyüşçü

Pərviz Abdullayev 5 qat dünya çempionudur. Pərviz 45 peşəkar döyüş keçirib və onlardan 41-də qalib gəlib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=366505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR