Sabah Bakıda hava şəraiti yağmursuz keçəcək, havanın temperaturu artacaq

Sabah Bakıda hava şəraiti yağmursuz keçəcək, havanın temperaturu artacaq
12:32 5 Dekabr 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 5 dekabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, dekabrın 6-də Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 0-3, gündüz 7-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında hava şəraitinin yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/fyukiusabah-bakida-hava-seraiti-yagmursuz-kececek-havanin-temperaturu-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR