KİV: ABŞ-da terror törədənlər Suriyadakı qruplaşma ilə əlaqə saxlayırmış

KİV: ABŞ-da terror törədənlər Suriyadakı qruplaşma ilə əlaqə saxlayırmış
12:47 5 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında kütləvi qırğın törətmiş Səid Rizvan Faruk və həyat yoldaşı azı iki terrorçu qruplaşma ilə əlaqə saxlamaqda şübhəli bilinir.
"Report" "RİA Novosti"yə istinadən bi haqda "Los Angeles Times" məlumat yayıb.
Məlumata görə, onlar terrorçu "Əl Qaidə"nin Suriyadakı "Cebhat ən-Nusra" qruplaşmasını dəstəkləməkdə şübhəli bilinir.
Qeyd edək ki, Səid Rizvan Farukla xanımı Taşfin Malik iki avtomat silah və tapança ilə dekabrın 3-də Kaliforniyanın San-Bernardino şəhərində 14 nəfəri qətlə yetirib, 21 nəfəri  isə yaralayıb. Keçirilən əməliyyat nəticəsində ər və arvad hadisə yerində polis tərəfindən zərərsizləşdirilib.
ABŞ Federal Təhqiqat Bürosu bu olayı terror aktı adlandırıb.
Polis onların başqa terrorçu qruplaşmalarla əlaqələrini də araşdırır.
Məlumata görə, Taşfin Malik "Facebook" səhifəsində terrorçu İŞİD qruplaşamasını dəstələdiyinin yazıbmış.  

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/polis-onlarin-basqa-terrorcu-qruplasmalarla-elaqelerini-de

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR