Cəlilabadı sel basdı - FOTO

Cəlilabadı sel basdı - FOTO
12:57 5 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saatlarında küləklə müşayiət olunan güclü yağış Cəlilabadda da  öz təsirini göstərib.

Milli.Az CTV-yə istinadən bildirir ki, fasiləsiz yağışların yağması nəticəsində sel suları Ələt-Astara magistral yolunun kənarındakı çökəkliklərə yığılaraq gölməçələr yaradıb. Nəticədə yolun kənarındakı bəzi iaşə obyektlərinin həyətləri su altında qalıb. Bu da həmin obyektlərin normal işləməsində çətinliklər yaradıb. Bundan başqa, avtomobil yolunun kənarındakı bəzi əkin sahələrinə də ziyan dəyib. Rayonda daha çox məcrasından çxması ilə fəsadlara səbəb olan Mişarçayda da suyun səviyyəsi xeyli artıb. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, fasiləsiz yağan yağışlar rayon üçün elə bir ciddi problem yaratmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/387901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR