Burcu Esmersoy "İlin adamı"nı saymadı - FOTO

Burcu Esmersoy "İlin adamı"nı saymadı - FOTO
13:05 5 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"GQ" jurnalının Türkiyə variantına görə "İlin adamı" seçilən futbolçu Arda Turanla tədbirin aparıcısı Burcu Esmersoy arasında olanlar mediada gündəmə düşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, mükafat təqdim edilən hər məşhurla səhnədə görüşən Burcu Arda gəlincə arxa tərəfə keçib. O, Ardanın adını çəkməyib və onunla görüşməyib. Futbolçuya mükafatı basketbolçu Hidayet Türkoğlu təqdim edib. "Barselona"nın ulduzu mükafata görə ailəsinə və sevgilisinə təşəkkür edib.

Bir zamanlar Ardayla çox yaxın dost olan Burcu olanları təkzib edərək: "Səhnədəydim, yəqin, siz görməmisiniz", - deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR