Bərdədə sürücü iki nəfəri vurub, bir nəfər ölüb

Bərdədə sürücü iki nəfəri vurub, bir nəfər ölüb
13:19 5 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 4-də saat 20 radələrində Bərdə şəhərində rayon sakini Rusif Malıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Saleh Ağayevi vurub. R.Malıyev avtomobilində xəsarət alan şəxsi xəstəxanaya aparadıqdan sonra evinə qayıdarkən Lək kəndinin ərazisində yolu keçən kənd sakini Rövşən Hacıyevi vurub.

 

R.Hacıyev xəstəxanaya yerləşdirilib. S.Ağayev isə xəstəxanada ölüb.

 

Bərdə rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224058

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR