Amerikanın neft-kimya şirkəti İranda

Amerikanın neft-kimya şirkəti İranda
13:23 5 Dekabr 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Təmkin Cəfərov - Trend:

İranda 25 ölkənin, o cümlədən Amerikadan olan neft-kimya şirkətinin iştirakı ilə on ikinci beynəlxalq neft-kimya konfransı keçiriləcək. Bunu İranın neft-kimya sənayesi üzrə milli şirkətinin baş direktoru Məhəmməd Həsən Peyvəndi deyib. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi məlumat verir.

M.H.Peyvəndi deyib ki, konfrans dekabrın 14-15-də Tehranda keçiriləcək: "Kanada, Fransa, Almaniya, İtaliya, İspaniya, Yaponiya, Rusiya, Britaniya və digər ölkələrdən 97 şirkət konfransa qatılacaq".

Onun sözlərinə görə, konfransa İrandan 368 şirkət qatılacaq.

M.H.Peyvəndi bildirib ki, nüvə müzakirələrinin yaxşı nəticələnməsi və İrana qarşı sanksiyaların ləğvinin yaxınlaşmasını nəzərə alaraq, konfransda xarici şirkətlər daha aktiv iştirak edirlər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2465596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR