Bir gündə 5 dələduz yaxalandı

Bir gündə 5 dələduz yaxalandı
13:24 5 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Dekabrın 4-də Binəqədi rayonunun Ə.Naxçıvani küçəsində Bakı şəhər sakini Rüfət Muradova məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Ağdaş rayon sakinləri İntizam Muradov və Həsrət Xudaverdiyev Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 5-ci PB-yə təhvil veriliblər.

 

Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən gün həmçinin Nizami RPİ 24-cü və 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Aydın Səttarova qarşı dələduzluq etmiş, habelə Cavid Həşimova və Nurlan Qasımova məxsus mobil telefonları soyğunçuluq yolu ilə almış Zərdab rayon sakini Canat Ağalarov və Bakı şəhər sakini Pərvanə Xəlilova tutulub.

 

Nazirliyin əməkdaşları eyni zamanda narkotik vasitə ilə tutulmuş Məzahir Abdullayevin bir neçə evdən pul və inşaat materilları oğurlamasını da müəyyən edib. Belə ki, dekabrın 3-də narkotik vasitə ilə tutulmuş Məzahir Abdullayevin ətrafında Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakinləri Şövqi Məmmədova, Tamilla Məhəmmədovaya, İlyas İsmayılova və Dünyamalı Həsənova məxsus evlərdən pul və inşaat materilları oğurlaması da müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR