“Günəşli” yatağında baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür

13:28 5 Dekabr 2015
88 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC 
Dekabrın 4-də güclü tufanın saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması nəticəsində baş vermiş yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şirkətin prezidenti Rövnəq Abdullayev səhər saatlarından hadisə yerində olub.
Baş vermiş hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində xüsusi qərargah yaradılıb.
Hazırda yanğının söndürülməsi, işçilərin hadisə yerindən təxliyə olunması istiqamətində işlər aparılır. Yanğın baş verən zaman özüldə olan işçilər arasında xəsarət alan yoxdur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yataginda_bas_vermis_yanginin_sondurulmesi_istiqametinde_zeruri_tedbirler_gorulur-908555

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR