Madridin “Real” klubu İspaniya kuboku yarışlarından kənarlaşdırılıb

Madridin “Real” klubu İspaniya kuboku yarışlarından kənarlaşdırılıb
13:43 5 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
İspaniya Futbol Federasiyası “Real” klubunu ölkə kuboku yarışlarından kənarlaşdırıb.
AZƏRTAC “AS” idman saytına istinadla xəbər verir ki, belə bir qərarın verilməsinə Madrid klubunun yarımmüdafiəçisi rusiyalı Denis Çerışevin kubok turnirinin onaltıdabir final mərhələsində “Kadis” komandasına qarşı oyunda meydana çıxması səbəb olub. Məlum olub ki, rusiyalı futbolçu hələ “Real” klubunadək “Vilyareal”da forma geyən vaxt bir oyunluq cəzası olub. Bunu səbəb gətirən “Kadis” klubu apelyasiya şikayəti verərək madridliləri kral kubokundan kənarlaşdırıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Madridin_Real_klubu_Ispaniya_kuboku_yarislarindan_kenarlasdirilib-908560

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR