Azərbaycan neftinin qiymətləri: 30 noyabr - 4 dekabr həftəsinin yekunları

Azərbaycan neftinin qiymətləri: 30 noyabr - 4 dekabr həftəsinin yekunları
13:43 5 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov – Trend:

Ötən həftə (30 noyabr - 4 dekabr) ərzində Azərbaycanın AZERI LT (CIF) növlü neftin orta qiyməti 44,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,41 dollar/barel azdır.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 46,02, minimum isə 43,89 dollar/barel təşkil edib.

30 noyabr - 4 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 40,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 0,9 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 41,73, minimum isə 39,31 dollar/barel olub.

30 noyabr-4 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 42,53 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 1,56 dollar/barel çoxdur.

Ötən həftə "Brent"in maksimum qiyməti 44,02 dollar, minimum isə 41,71 dollar/barel təşkil edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2465609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR