Bir piyadanı vurub xəstəxanaya çatdırdı, geri qayıdıb birini də vurdu

Bir piyadanı vurub xəstəxanaya çatdırdı, geri qayıdıb birini də vurdu
13:57 5 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 4-də saat 20 radələrində Bərdə şəhərində rayon sakini Rusif Malıyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Saleh Ağayevi vurub.

R.Malıyev avtomobilində xəsarət alan şəxsi xəstəxanaya apardıqdan sonra evinə qayıdarkən Lək kəndinin ərazisində yolu keçən kənd sakini Rövşən Hacıyevi vurub.

R.Hacıyev xəstəxanaya yerləşdirilib. S.Ağayev isə xəstəxanada ölüb.

Bərdə rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR