“SABAH” qrupu tələbələrinin ikinci forumu davam edir

“SABAH” qrupu tələbələrinin ikinci forumu davam edir
13:58 5 Dekabr 2015
140 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, İbrahim Əsədov, AZƏRTAC
Ali təhsil müəssisələrinin “SABAH” qruplarında təhsil alan tələbələrin ikinci forumu davam edir.
AZƏRTAC xəbər verir ki, forumda təhsil naziri Mikayıl Cabbarov müasir dünyada təhsilin mühüm rolundan danışıb, “SABAH” qrupları ilə bağlı fikirlərini bildirib, tələbələrə tövsiyələrini verib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və digər çıxış edənlər təhsillə bağlı fikirlərini bölüşüb, tələbələrə təhsildə nailiyyətlər arzulayıblar.
Sonra “Müasir əmək bazarı şəraitində təhsil və karyera inkişafı” mövzusunda müzakirələr aparılıb, tələbələr arasında intellektual oyunlar keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SABAH_qrupu_telebelerinin_ikinci_forumu_davam_edir-908562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR