Abituriyentlərin valideynləri etiraz edirlər

Abituriyentlərin valideynləri etiraz edirlər
14:05 5 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Kitab mağazaları son vaxtlar alıcı qıtlığı yaşayır.

Modern.az saytının məlumatına görə, oxucuların kitab mağazalarına gəlişi azalıb. Bunu kitabsatanlar da etiraf edirlər.

Reportyor Bakının bir neçə kitab mağazasında olub, satıçılar və alıcılarla söhbətləşib. Onların sözlərindən məlum olur ki, son vaxtlar rusdilli bədii əsərlər Azərbaycan dilindəki əsərlərdən daha çox satılır.

"Əli və Nino" kitab mağazasının satıcısı Elgünün sözlərinə görə, nədənsə bədii əsərlərə maraq azalıb və oxucuların da əksəriyyəti rusdillilərdir.

"Hazırda üstünlük verilən kitablar psixoloji və biznes sahəsindən bəhs edən nəşrlərdir. Oşonun kitabları daha cox oxunur və biznes sahəsinə aid bəzi nəşrlər var ki, onlara oxucularımız daha çox önəm verirlər".

Satıcı onu da qeyd edib ki, müştərilərin kitabın qiymətindən narazılıq etdiyi vaxtlar da olur.

"Müştərilərimiz bəzi vaxtlarda kitabların qiymətindən narazılıq edirlər. Ən çox türk dilində kitablar axtaranlar narazılıq edirlər. Çünki Turkiyədə 15 manata olan bir kitab burada 30 manata satılır. Bu da oxucular tərəfindən yaxşı qarşılanmır".
 
Satıcı deyir ki, qiymət dəyişməsi vergi və gömrükdə ödənilən rüsumla bağlıdır.

"28 May"da yerləşən dərslik satışı mağazasında isə vəziyyət bədii əsərlər satılan kitab dükanına nisbətən daha yaxşı idi.  Satıcılar müştəri azlığından şikayətlənmirdilər.

Mağazanın Orxan adlı sahibi: "Bizim mağazada daha çox dərsliklər və testlər satıldığından valideynlər bu nəşrləri almağa məcburdurlar".

Mağazadan kitab alan valideynlər isə nəşrlərin bahalığından şikayətlənirdilər. Qeyd edirdilər ki, əksər valideynlərin maddi imkanı dərslik və test toplularını almağa yetmir.

"Mənim üç övladım var. Biri univerisitetdə oxuyur, ikisi isə hələ orta məktəbi qurtarmayıb. Maraqlı məqam orasıdır ki, müəllimlər köhnə testlərlə işləmirlər. Bu il mən bir neçə dərslik alıram, 3 ildən sonra müəllim deyir ki, bu testdə olan suallar artıq qəbul imtahanına düşmür, get filan testi al. Mən də məcbur olub köhnə testi tullayır, uşağa yeni testlər alıram. Belə olduğu halda xərcimiz ikiqat artır. Dərs vəsaiti və testlərin qiyməti də məni heç qane etmir, çünki çox bahadır. Nəticədə bəzi valideynlər uşağını oxutmağa maraq göstərmir. Azərbaycanda bəzi valideynlərin uşaqlarına ali təhsil verməməsinin səbəblərindən biri də  kitab mağazalarında dərs vəsaitlərinin və hazırlıq kursları testlərinin baha olmasıdır", - deyə Azər adlı valideyn şikayətini ifadə edib.

Digər kitab mağazalarında söhbət etdiyimiz valideynlər də Tələbə Qəbulu üzrə Dövlət Kimissiyasının, "Hədəf", "Zəfər" və başqa hazırlıq kurslarının buraxdığı nəşrlərin, hazırlıq testlərinin baha olmağına etirazlarını bildirirdilər. Onlar müvafiq qurumları dərslik və test toplularının qiymətinə yenidən baxmağa çağırdıqlarını vurğulayırdılar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/387911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR