“Azercell” 2016-cı ildə Wi-Fi üzərindən səsli xidmətini istifadəyə verəcək

“Azercell” 2016-cı ildə Wi-Fi üzərindən səsli xidmətini istifadəyə verəcək
14:33 5 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
“Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi çərçivəsində “Azercell Telecom”un təqdim etdiyi daha bir yenilik – Wi-Fi üzərindən səsli xidmətdir.
AZƏRTAC xəbər verir ki, dünyanın bir neçə ölkəsində tətbiq olunan bu yeni texnologiya 2016-cı ilin sonunadək Azərbaycanda istifadəyə veriləcək. Xidmət "Azercell" şəbəkəsinin abonentlərinə "Wi-Fi" şəbəkəsinə qoşularaq zəng etməyə imkan yaradacaq. Bu servisdən yararlanmaq üçün heç bir əlavəyə ehtiyac yoxdur. Şirkətə müraciət edərək servisi aktivləşdirmək kifayətdir. Xidmətin qiyməti və tətbiqi tarixi hələ məlum deyil. Yeni xidmət yalnız ölkənin daxilində göstəriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azercell_2016_ci_ilde_Wi_Fi_uzerinden_sesli_xidmetini_istifadeye_verecek-908573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR