​ABŞ-dakı terror aksiyasının məsuliyyətini İŞİD üzərinə götürüb

​ABŞ-dakı terror aksiyasının məsuliyyətini İŞİD üzərinə götürüb
14:42 5 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının San-Bernardino şəhərində törədilən terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda terrorçu qruplaşma açıqlama yayıb.
"İŞİD-in iki tərəfdarı bir neçə gün öncə Kaliforniyanın San-Bernardino şəhərinin mərkəzinə basqın edib", - açıqlamada vurğulanıb.
Qeyd edək ki, Səid Rizvan Farukla həyat yoldaşı Taşfin Malik iki avtomat silah və tapança ilə dekabrın 3-də Kaliforniyanın San-Bernardino şəhərində 14 nəfəri qətlə yetirib, 21 nəfəri isə yaralayıb. Keçirilən əməliyyat nəticəsində ər və arvad hadisə yerində polis tərəfindən zərərsizləşdirilib.
Məlumata görə, Taşfin Malik "facebook" səhifəsində terrorçu İŞİD qruplaşmasını dəstəklədiyini yazıbmış.  

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR