“Yaşıl materik”dən İŞİD-ə qaçan qız (FOTO)

“Yaşıl materik”dən İŞİD-ə qaçan qız (FOTO)
08:56 30 Dekabr 2014
181 Dünya
Ölkə mətbuatı
A- A+

Avstraliyada yaşayan türk əsilli qadın İŞİD-çi ilə evlənmək üçün Suriyaya gedib.

ANS PRESS-in məlumatına görə, Avstraliyanın Melburn şəhərində yaşayan türk əsilli Zəhra Duman adlı qadın Suriyaya gedərək İŞİD yaraqlısı mahmud Abdullətiflə evlənib.

21 yaşlı qadının avstraliya mətbuatına danışan ailəsi, onun son vaxtlar çox dəyişdiyini bildirib.

Abdullətif və Duman cütlüyü dekabrın 11-də Suriyada evləndiklərini “İŞİD” heşteqi ilə paylaşdıqları fotoşəkillə nümayiş etdiriblər.

Qeyd edək ki, Abullətifin bir müddət əvvəl sosial şəbəkədə “türk qadınları çıx gözəldir” adlı bir səhifəni bəyəndiyi də deyilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317076

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR