Azərbaycan şahmatçıları blits və rapid üzrə Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan şahmatçıları blits və rapid üzrə Avropa çempionatında iştirak edəcəklər
15:28 5 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 18-dən 20-dək Minskdə şahmatın blits və rapid növləri üzrə Avropa çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, blits üzrə çempionatda iştirak etmək üçün 573 şahmatçı, o cümlədən 75 qrossmeyster müraciət edib. Azərbaycanı qrossmeysterlər Şəhriyar Məmmədyarov (2784), Qədir Hüseynov (2709), Rauf Məmmədov (2667), habelə Elnur Əliyev (2228) və ustalığa namizəd Rüstəm Bünyadov (2105) təmsil edəcəklər. Blits-turnir dekabrın 18-də keçiriləcək.
Rapid üzrə qitə çempionatına 690 oyunçu, o cümlədən 84 qrossmeyster qatılıb. Rapid turniri dekabrın 19-20-də keçiriləcək.
Yarışların açılış mərasimində Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Kirsan İlyumjinov iştirak edəcək.
Çempionatın hər turunun 50 partiyası onlayn rejimdə yayımlanacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sahmatchilari_blits_ve_rapid_uzre_Avropa_chempionatinda_istirak_edecekler-908595

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR