Türkiyədən Rusiyaya gəmi qısası (FOTO)

Türkiyədən Rusiyaya gəmi qısası (FOTO)
15:51 5 Dekabr 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə gərgin münasibətdə olduğu 4 rus gəmisini saxlayıb. Bu gün yayılan məlumata görə, Rusiya bayrağı altında üzən 5 gəmi Türkiyənin Samsun limanında saxlanılıb. "Omsk 105", "Rusich 1", "Neva" və "Kristal" gəmilərdə yoxlamalar başlayıb.

ANS PRESS-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, gəmilər PSC yoxlanışı üçün (PSC ölkələrin limanlarına gələn xarici bayraqlı gəmilərə beynəlxalq konvansiyonların tələbinə uyğunlun yoxlanış formasıdır) saxlanılıb.





Türkiyənin Rusiyada saxlanılan gəmiləri


Məlumat üçün bildirək ki, son bir həftə ərzində Rusiya limanlarına yük daşıyan 5 Türkiyə gəmisi PSC yoxlanışı üçün (PSC ölkələrin limanlarına gələn xarici bayraqlı gəmilərə beynəlxalq konvansiyonların tələbinə uyğunlun yoxlanış formasıdır) saxlanılıb.

ANS PRESS-in məlumatına görə, gəmilər Rusiya Dənizçilik İdarəsinin müfəttişləri tərəfindən hazırlanan sənədlər əsasında yoxlanılır. Yük gəmiləri Novorossiysk limanında saxlanılıb. Bu gəmilərin adları - "Meyra", "Adalady", Halil Şahin, Mert Deval, Mahmud Saka adlı yük gəmiləri olub.

Bir müddət əvvəl isə Türkiyə Rusiyaya məxsus gəmilərin Bosfor boğazından keçməsinə mane olması barədə məlumat yayılmışdı. Lakin bu məlumat təsdiqini tapmayıb.

Bosfor boğazı Rusiya Federasiyası, Ukrayna və Cənub-Şərqi Avropa üçün əsas dəniz arteriyasıdır. Eyni zamanda, Rusiyaya, məhz, həmin yollarla kənd təsərrüfatı və sənaye malları çatdırılır.

Qara dənizdən Aralıq dənizinə yol Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı və Egey dənizi vasitəsilə çıxmaq olur. Odur ki, bu boğaz böyük iqtisadi qiymətə malikdir.



Bundan başqa, Rusiya Bosfor və Dardanel boğazları vasitəsilə təkcə məhsullar deyil, eyni zamanda, yanacaq da daşıyır. Suriyaya Rusiyanın təyyarə bazası üçün hərbi yüklərin daşınmasında da bu boğazların rolu danılmazdır.


Türkiyənin Rusiya gəmilərini Bosfor boğazında saxlaması

Türkiyə-Ruusiya arasıda münasibətlərin gərginləşməsinə səbəb noyabrın 24-də Suriya-Türkiyə sərhədində Rusiyaya məxsus "Su-24" təyyarəsinin F-16 qırıcıları tərəfindən vurulması olub. Türkiyə höküməti bu addımı təyyarənin onun hava məkanını pozduğu üçün atdığını desə də, Rusiya tərəfi bunu təkzib edir. Hətta, Rusiyaya bu addımına görə, Türkiyənin üzr istəməsini və həlak olmuş pilotlara görə, konpensasiya verməsini də tələb edir. Türkiyə isə üzr istəməyəcəyini və yeganə günahkarın Rusiya olduğunu bildirir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR