Boksçularımız Rusiyada dünya kuboku yarışlarında iştirak edəcəklər

Boksçularımız Rusiyada dünya kuboku yarışlarında iştirak edəcəklər
15:58 5 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 17-dən 20-dək Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə ilk dəfə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş boks üzrə neft ölkələrinin dünya kuboku yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 13-cü dəfə təşkil olunacaq turnirdə 20 ölkədən 120 idmançı mübarizə aparacaq.
Dünya kuboku yarışlarında Rusiya ilə yanaşı Azərbaycan, Fransa, Almaniya, Finlandiya, Serbiya, Bolqarıstan, Polşa, Ukrayna, Moldova, Litva, Belarus, İsveç, Çin, Qazaxıstan və digər ölkələrdən boksçular iştirak edəcək.
Turnirin mükafat fondu isə 2 milyon 140 min rubl təşkil edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bokschularimiz_Rusiyada_dunya_kuboku_yarislarinda_istirak_edecekler-908603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR