Sumqayıtda kənd təsərrüfatı yarmarkası keçirilir

Sumqayıtda kənd təsərrüfatı yarmarkası keçirilir
16:19 5 Dekabr 2015
55 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 5-də Kənd Təsərrüfatı Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası açılıb. Lent.az-ın məlumatına görə, həftənin şənbə və bazar günləri təşkil olunacaq yarmarkaya səhər saat 10:00-da start verilib. Respublikanın ayrı-ayrı rayonlarından minədək fermer yarmarkada satışa 300 tondan çox kənd təsərrüfatı məhsulları çıxarıb.

 

Satış-yarmarka ilə tanışlıq zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə bildirdi ki, yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımının qarşısını almaqdır. Əhaliyə təqdim olunan məhsulların qiyməti bazar qiymətindən 25-30 faiz aşağıdır. Yarmarkanın ərazisində nəzarət - toksikologiya laboratoriyası və baytarlıq nəzarət xidmətinin əməkdaşları tərəfindən tibbi müayinələr aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR