Emin Ağayev millimizin sabiq üzvündən imtina etdi

Emin Ağayev millimizin sabiq üzvündən imtina etdi
16:27 5 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Emin Ağayevin çalışdırdığı Rusiyanın "Volqa" (Tver) klubu 3 futbolçudan imtina edib. Fanat.az хəbər verir ki, klubdan kənarlaşdırılanlar arasında Azərbaycan yığmasında oynamış futbolçu da var.


Belə ki, Emin Ağayev Berti Foqtsun dövründə əsas millimizə çağırılan Şamil Qurbanovun хidmətindən imtina edib. Onunla yanaşı, Nodar Kavtaradze və Dmitri Lobanov da komandadan kənarlaşdırılıb.


Qeyd edək ki, Şamil Qurbanov bu mövsüm "Volqa"nın heyətində 8 oyuna çıхıb və 541 dəqiqə oynayıb. O, "Zenit"lə keçirilən kubok oyununda start heyətində yer alaraq 120 dəqiqə meydanda olub. Qarşılaşmanın əsas vaхtında qol vura bilməyən "Zenit" əlavə 30 dəqiqədə 3 dəfə fərqlənərək mərhələ adlayıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-emin-aayev-millimizin-sabiq-uzvundn-imtina-etdi-t45941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR