"Reuters": Xəzərdə 32 nəfər ölüb

"Reuters": Xəzərdə 32 nəfər ölüb
16:31 5 Dekabr 2015
996 Ölkə
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağının 10-cu platformasında baş verən yanğın hadisəsi dünya mətbuatının da gündəminə düşüb. "Reuters" faciə ilə bağlı məqaləni manşetə çıxarıb. Agentlik yazıb ki, yanğın nəticəsində 32 nəfər ölüb, daha 42 nəfər isə xilas edilib.

Agentlik bu barədə məlumatı Azərbaycan neftçilərinin hüquqularının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlıya istinadla məlumat yayıb. "Orda çalışanlardan biri deyib ki, ümumilikdə özüldə 84 işçi olub".

Qurum SOCAR-a istinadla yazıb ki, baş verən hadisə nəticəsində itkin düşənlər də olub. Platformada xilasetmə işləri davam edir. Dənizdəki güclü fırtına xilasetmə işlərini daha da gərginləşdirir.

Məlumatda qeyd edilir ki, dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olub.


"Reuters"də yanğınla bağlı yer alan yazı


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, 10-cu platformada yanğın nəticəsində xilas edilənlərin sayı artıb. Artıq 32 nəfər xilas edilib.

Hadisə rayonunda xilasetmə işləri gərgin şəraitdə davam edir. Tez-tez dəyişən küləyin sürəti hazırda saniyədə 37-38 metrə, dalğanın hündürlüyü isə 10 metrə çatır.

Baş vermiş hadisə ilə bağlı iki qərargah yaradılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR