Məhşur şirkət rəhbəri işdən çıxarıldı

Məhşur şirkət rəhbəri işdən çıxarıldı
18:06 5 Dekabr 2015
109 Digər
Ölkə mətbuatı
A- A+

“Azpetrol” şirkətinin baş direktoru Hüseynağa Rəhimov vəzifəsindən azad edilib.

Bu barədə ANS PRESS-ə şirkətin mətbuat xidmətinədən məlumat veriblər. Məlumata görə, H.Rəhimov elmi işini davam etdirmək üçün öz xahişi ilə vəzifəsindən azad edilib.

Xatırladaq ki, “Azpetrol” şirkəti 1997-ci il iyulun 15-də Bakı şəhərində ilk yanacaqdoldurma məntəqəsinin istismara verilməsi ilə fəaliyyətə başlayıb.

MMC-nin əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir.

Hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 76 yanacaqdoldurma (YDM) və 5 qazdoldurma məntəqəsi (QDM) fəaliyyət göstərir.

Şirkətə 1997-ci ildə yarananda Rafiq Əliyev rəhbərlik edib. Onun rəhbərlik fəaliyyəti 2005-ci ilə qədər davam edib. 2005-ci ildən etibarən isə baş direktor vəzifəsini Hüseynağa Rəhimov həyata keçirib.

Hazırda H. Rəhimovun yerinə təyinat olması ilə bağlı məlumat yoxdur.


Hüseynağa Rəhimov - işdən azad edilən direktor

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR