Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə təbrik

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə təbrik
18:06 5 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2006-cı il tarixli Sərəncamına əsasən, hər il dekabr ayının 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
 
Zəngin tarixə malik Azərbaycan rabitəsinin ən parlaq inkişaf dövrü ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndərin hakimiyyətdə olduğu illərdə böyük inkişaf yolu keçən Azərbaycan rabitəsi hazırda Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet və yeni hədəflərlə sürətlə inkişaf edir.
 
Bu gün ölkəmiz, həmçinin yüksək texnologiyalar sahəsində regionun lider dövləti kimi tanınır. Bu nailiyyətlər 134 illik tarixi təcrübəyə və həyata keçirilən islahatlara, strategiyaya söykənir.
 
Əminəm ki, birgə əməyimiz nəticəsində bundan sonra daha böyük nailiyyətlərə imza atmaqla bizə göstərilən etimadı önəmli işimizlə layiqincə doğruldacağıq.
 
Peşə bayramınızı təbrik edir, hər birinizə işlərinizdə uğurlar arzulayıram.
 
Ramin Quluzadə
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40165-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR