Arıqladan, təzyiqi normallaşdıran meyvə

Arıqladan, təzyiqi normallaşdıran meyvə
18:12 5 Dekabr 2015
176 Maraqlı
Ölkə mətbuatı
A- A+

Ananas çox zəngin kimyəvi tərkibə malikdir. Ananas A, PP, C , B qrupu vitaminlər, bir çox vacib minerallar (kalium, maqnezium, fosfor, yod, sink, mis, dəmir və s.), orqanik turşular, fermentlər, liflərlə zəngindir.
Belə zəngin tərkib ananası insan orqanizmi üçün olduqca faydalı edir. Milli.Az saglamolun.az-a istinadən ananasın faydalarını təqdim edir.
 
İlk növbədə insanın ürək-damar sistemi üçün çox faydalıdır. Kalium və maqneziumla zəngin olan ananas ürək əzələsini möhkəmləndirir, ödemləri və ürəkdə olan gərginliyi azaldır.
 
Ananas qan damarlarına çox müsbət təsir edir - damarları möhkəmləndirir, onların elastikliyini artırır, tromblaşmanın qarşısını alır, aterosklerozun inkişafını ləngidir.
Varikoz xəstəliyi zamanı ananas çox yaxşı müalicəvi təsir edir.
Ananas arterial təzyiqi normallaşdırır, qanı duruldur.
 
Ananas sinir sistemi üçün də çox faydalıdır. Stress və depressiya ilə mübarizə etməyə kömək edir, insanın əhvalını yaxşılaşdırır.
Ananas həzm proseslərini sürətləndirir. Bu səbəbdən həkimlər "ağır" yeməklərdən sonra 1 dilim ananas yeməyi tövsiyə edirlər. Bu, mədədə ağırlıq hissinin əmələ gəlməsinə mane olacaq.
Liflərlə olduqca zəngin olan ananas bağırsaqları çox yaxşı təmizləyir və həmçinin onlara antiseptik təsir edir.
 
Ananas arıqlamağa kömək edir. Bu səbəbdən dietoloqlar ananası bir çox pəhrizlərə daxil edirlər.
 
Ananas və onun şirəsi tənəffüs sistemi üçün də çox faydalıdır - bəlğəmi duruldur, bəlğəmin çıxmasını asanlaşdırır, nəfəs yollarına antiseptik və iltihabəleyhinə təsir göstərir.
 
Ananas immun sisteminə də çox müsbət təsir edir. Soyuq fəsillərdə orqanizmin infeksiyalara və viruslara olan davamlılığını artırmaq üçün tez-tez ananas yeyin.
 
Ananas kişi və qadın cinsiyyət sistemlərinə çox müsbət təsir edir. Belə hesab olunur ki, ananas qadınlarda menstruasiya zamanı ağrıları azaldır, kişilərdə potensiyanı yaxşılaşdırır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/387983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR